Türkiyə Çanaqqala Zəfərinin 110-cu ildönümünü qeyd edir

Bu gün Türkiyənin Çanaqqala zəfərinin 110-cu ildönümü qeyd olunur.

Birinci Dünya müharibəsində Üçlər İttifaqının tərkibində döyüşən Osmanlı imperiyası Çanaqqala cəbhəsində şiddətli mübarizə aparıb.

Türkiyə tarixinin ən mühüm dönüş nöqtələrindən biri hesab olunan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) baş verən dəniz döyüşü ilə başlayıb. Ümumilikdə 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da Osmanlı ordusunun qələbəsi ilə başa çatıb.

1915-ci il martın 18-də Çanaqqalada qazanılan dəniz zəfəri Türkiyənin gələcəyi üçün həlledici məqamlardan biri olub.

Qeyd edək ki, zəfərin ildönümü münasibətilə paytaxt Ankara da daxil olmaqla, bir sıra rəsmi və təntənəli tədbirlər planlaşdırılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey