İranda nüvə üzrə alim öldürüldü – Ağır iddialar var
İranın nüvə alimlərindən biri olan Möhsün Fəxrizadə bu gün Tehranda sui-qəsd nəticəsində öldürülüb.
24News.ge İranın İRNA agentliyinə istinadən xəbər verir ki, hadisə İranın Tehran vilayətinin Absərd şəhərinin Mustafa Xomeyni prospektində baş verib.
Bildirilir ki, əvvəlcə partlayış, sonra isə atışma baş verib. Atışmada bir neçə nəfərin öldüyü bildirilir.
Hadisə ilə bağlı hələlik geniş məlumat verilmir, lakin sosial şəbəkələrdə sui-qəsdin İsrail tərəfindən sifariş olunduğu bildirilir.