Türkiyədə daun sindromlu uşaqları daşıyan avtobus aşıb, xeyli sayda yaralı var
Türkiyənin İzmir şəhərində daun sindromlu uşaqları və onların valideynlərini daşıyan avtobus aşıb.
“Dalğa tv” Report-a istinadən xəbər verir ki, hadisə İzmirin Çiğli rayonunda qeydə alınıb.
Qəza nəticəsində 29 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.