İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsindəölənlərin sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, bərənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb. Telekanalın məlumatına görə, faciənin baş verməsində şübhəli kimi 9 nəfər saxlanılıb.

İlkin versiyaya görə, qəzaya bərənin normadan 3 dəfə artıq yüklənməsi səbəb olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey