Marneuli meriyası önündə aksiya keçirilir
Marneulidə meriya binası qarşısında Təzəkənd və Burma kəndlərinin əhalisi etiraz aksiyası keçirir.
24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, sözügedən kəndlərin sakinləri bir neçə problemdən şikayətlənirlər.
Onlar qeyd edirlər ki, kəndlərdə yol sistemi yararsız haldadır və buna görə də Burma və Təzəkənd istiqamətində ictimai nəqliyyat işləmir.
Təzəkənd və Burma kənd sakinləri bildirirlər ki, onlar kəndə təcili tibbi yardım çağırmaqda da çətinlik çəkirlər. Yollar yararsız vəziyyətdə olduğu üçün, təcili tibbi yardıma zəng vurduqları zaman, bəzən gəlmir, bəzən isə çox gecikir.
Aksiya iştirakçıları Marneuli meriyasından problemlərinin həllini tələb edirlər.