Güclü yağış Gürcüstanda fəsadlar törədib
Güclü yağış Gürcüstanın Lentexi rayonunda ciddi fəsadlara səbəb olub.
Çolşura çayının məcradan çıxması nəticəsində Duraşi və Esieri kəndlərinin ətraf aləmlə əlaqəsi kəsilib.
Təbii fəlakət nəticəsində kəndlərdə yollar, körpülər dağılıb, əkin sahələri su altında qalıb.
Fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi ağır texnika cəlb olunub.
Lentexi rayonunun icra başçısı Badri Liparteliani müvafiq xidmətlərin nümayəndələri ilə fəlakət zonasına baş çəkib.
Duraşi və Esieri kəndlərinə gedən yolların təmizlənməsinin iki gün davam edəcəyi bildirilib.
İntensiv yağışlar Tsalencika şəhərində də bir sıra problemlər yaradıb. Yolları, suvarma kanalları və yaşayış evlərinin həyətlərini su basıb