Azərbaycan Milli Məclisinin sədri nümayəndə heyəti ilə birgə Gürcüstana gəlib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, bu gün nümayəndə heyəti ilə birgə Gürcüstana səfər edib.

Bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Məlumata əsasən, Tbilisinin Şota Rustaveli beynəlxalq hava limanında qonağı Gürcüstan parlamenti sədrinin müavini, Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Arçil Talakvadze qarşılayıb.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirəcək. Görüşdən sonra Şalva Papuaşvili və Sahibə Qafarova mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Səfər çərçivəsində Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadzenin Azərbaycan-Gürcüstan Dostluq Qrupunun rəhbəri Arzu Nağıyevlə görüşü də nəzərdə tutulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey