Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili barəsində həbs qərarı verilib.
Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili barəsində həbs qərarı verilib.
Dalgatv xəbər verir ki, Gürcüstan Prokurorluğu İrakli Qaribaşvili ilə prosessual saziş imzalayıb. Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, saziş Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayət əməli üzrə bağlanıb.
Məlumatda bildirilir ki, prosessual sazişə uyğun olaraq, İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona 1 milyon lari məbləğində cərimə cəzası tətbiq olunub.
Həmçinin qeyd olunur ki, cinayət fəaliyyəti nəticəsində əldə edildiyi müəyyən edilən və Qaribaşvilinin yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.
Prokurorluğun məlumatına görə, İrakli Qaribaşvili törətdiyi cinayət əməlini etiraf edib və prosessual sazişin bütün şərtləri ilə razılaşıb. Prokurorluğun prosessual sazişin təsdiqlənməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilib.
