İranda etirazlardan sonra internet bərpa edilməsə də, xaricə zənglər mümkün olub
İranda etirazlardan sonra internet bərpa edilməsə də, xaricə zənglər mümkün olub
İranda baş verən kütləvi etirazlardan sonra ölkə üzrə internet bağlantısı hələ də bərpa edilməsə də, beynəlxalq telefon zənglərinin qismən mümkün olduğu bildirilir.
Dalgatv xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, internet və beynəlxalq rabitənin kəsilməsinə baxmayaraq, ötən gün Tehranda bir neçə şəxs “Associated Press” agentliyi ilə telefon vasitəsilə əlaqə saxlaya bilib.
Agentliyin yazdığına görə, İrandakı mənbələr bəzi mesajlaşma xidmətlərinin hələ də işlək vəziyyətdə qaldığını bildirirlər.
Qeyd edək ki, İran hakimiyyəti etirazların şiddətlənməsi fonunda təhlükəsizlik tədbirləri çərçivəsində yanvarın 8-dən etibarən ölkə üzrə internetə çıxışı məhdudlaşdırıb.
