İrakli Kobaxidze: Avropaya inteqrasiya Gürcüstanın siyasi gündəliyinin əsas istiqamətlərindən biridir

Avropaya inteqrasiya Gürcüstanın siyasi gündəliyinin ayrılmaz hissəsidir. Bu məqsəd ölkə Konstitusiyasında açıq şəkildə təsbit olunub və hökumət sözügedən istiqamətdə ardıcıl fəaliyyət göstərir.

Dalğatv xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabidə Davamlı İnkişaf Həftəsi çərçivəsində keçirilən liderlər dialoqu zamanı çıxışında səsləndirib.

Baş nazir bildirib ki, Gürcüstan Avropa İttifaqı ilə imzalanmış Assosiasiya Sazişi və Assosiasiya Gündəliyi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sistemli və dönmədən əməl edir.

“Avropaya inteqrasiya bizim siyasi gündəliyimizin mühüm tərkib hissəsidir. Konstitusiyada Avropa İttifaqının tamhüquqlu üzvü olmaq məqsədi açıq şəkildə əksini tapıb. Biz bu məqsədə uyğun olaraq Assosiasiya Sazişi və Assosiasiya Gündəliyi çərçivəsində hərəkət edir, üzərimizə götürdüyümüz öhdəlikləri ardıcıl şəkildə yerinə yetiririk. Bu istiqamətdə islahatların davam etdirilməsi nəzərdə tutulur”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey