Rusiya və ABŞ maliyyə nazirləri G20 çərçivəsində görüşüblər

Rusiyanın maliyyə naziri Anton Siluanov və ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ-ın Şimali Karolina ştatının Eşvill şəhərində keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı çərçivəsində ikitərəfli görüş keçiriblər.

Dalğatv “APA”-ya istindən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, görüş zamanı Rusiya və ABŞ arasında maliyyə sahəsində qarşılıqlı fəaliyyət, eləcə də “Böyük iyirmilik” (G20) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

ABŞ mediasının yaydığı məlumata görə, danışıqların gündəliyində Ukraynadakı müharibənin nizamlanması məsələsi də yer alıb. Bildirilir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması ilə bağlı irəli sürdüyü sülh planını da müzakirə ediblər.

Qeyd edək ki, Anton Siluanov 2022-ci ildən bəri ilk dəfə G20 maliyyə nazirlərinin toplantısında şəxsən iştirak edir. Eşvilldə keçirilən toplantı avqustun 31-dən sentyabrın 1-dək davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey