Prezident Zurabişvili ölkədə baş verənlərə münasibət bildirdi…
Ölkə prezidenti Salome Zurabişvili, son günlər ərzində baş verən siyasi hadisələrə münasibət bildirib.
Prezident vəziyyətin təcili şəkildə deskalasiyasının və qarşıdurmanın yatırılmasının vacibliyinə diqqət çəkib.
O baş verənləri təəssüflə qeyd edib:
“Təəssüflər olsun ki, ölkədə gərginlik və qarşıdurma günbəgün artmaqdadır. Legitim olaraq bilinən seçkilərin nəticələrini sual altına atmaq, itaətsizliyin bütün formalarından istifadə etmək, ictimai-sosial etiraza çağırış, ölkənin zəifləməsi və destabilizasiyasını hədəfləyir”.
Onun sözlərinə görə, baş verən proseslər ölkənin demokratik institutlarına qarşı cəmiyyətin etimadının sarsılmasına səbəb ola bilər ki, bu da ölkə üçün çox ağır nəticələrə gətirib çıxara bilər:
“İqtidar və müxalifət arasında istənilən formalı dialqu dəstəkləməyə hazıram. Bunun üçün hər iki tərəfdən konstruktivlik və güzəşt siyasətinə ehtiyyac var. Ümid edirəm ki, baş nazirliyə namizəd olan şəxs və gələcək hökumət bu ağır prosesi dayandırmağı bacaracaq və kiməsə öz siyasi ambisiyalarını ölkənin maraqlarından üstün tutmağa icazə verməyəcək”, – deyə Salome Zurabişvili bildirib.