Gürcüstan parlamentinin sədri: “Dost Azərbaycanla birgə Keşikçi Dağı məsələsinin həlli yolunu tapacağıq”
“Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyət təəssüf doğurur. Lakin əminik ki, dost ölkə olan Azərbaycanla birgə məsələnin uyğun həll yolunu tapacağıq”.
Bunu jurnalistlərə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.
O deyib ki, iki ölkə arasında məsələ ilə bağlı danışıqlar aparılır: “Parlament də daxil olmaqla, Gürcüstan tərəfi danışıqlarda fəal iştirak edəcək. Danışıqlarla iki dost ölkə arasında məsələnin həlli yolu tapılacaq”.