Baş nazir BMT çıxışında Rusiya işğalını qınadı

Bu gün bütün dünya panidemiya ilə mübarizə aparır, Rusiya işğal altındakı ərazilərdə qanunsuz sərhəd bərkitmə işlərini, təxribatlarını dayandırmır. Bizə qarşı intensiv şəkildə hibrid müharibə metodlarından istifadə edilir”.

Bu barədə baş nazir, Giorgi Qaxaria BMT Baş Asambleyasının 75-ci sessiyasında video müraciəti zamanı bildirib.

“Yeni problemlərdən başqa, Gürcüstan illərdir ki, digər və daha çətin problem, ərazilərinin işğal faktı qarşısında dayanıb. Hər kəsə bəllidir ki, 2008-ci ildə Rusiya Gürcüstana qarşı açıq və genişmiqyaslı hərbi təcavüz həyata keçirdi, hansının ki, dayandırılıması beynəlxalq tərəfdaşlarımızın, ABŞ və Avropa İttifaqının kəskin dəstəyi ilə mümkün oldu. Burada, BMT qərargahında hər kəs yaxşı bilir ki, Gürcüstanın ayrılmaz ərazilərinin 20%-i – Abzaxiya və Çxinvali regionu Rusiya tərəfindən işğal edilib.

Təəssüflər olsun ki, Rusiya bu gün də Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ilin 12 avqust tarixində qarşıdurmanın dayandırılması barəsində öhtəlikləri yerinə yetirmir, Gürcüstanın süverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymamağa davam edir”, – deyə baş nazir çıxışında bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey