Bu gün yoluxan 296 nəfərlə bağlı açıqlama gəldi…

“Bu gün qeydə alınan 296 yeni yoluxma halının 166-sı Acara bölgəsi ilə əlaqədardır”.

24News.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Klinikasının əməkdaşı, Marina Endeladze açıqlama verib.

Onun sözlərinə görə, yoluxanlardan 3-ü Kvemo Kartlidə qeydə alınıb:

“Bu gün qeydə alınan 296 koronavirus hadisəsindən 166-sı Acarıstanda, 55-i İmeretidə, 9-u Quriyada, 41-i Tbilisidə, 1-i Kaxetidə, 2-si Mcxeta-Mtianetidə, 18-i Sameqrelo və Zemo Svanetidə, 1-i Samcxe-Cavaxetidə, 3-ü isə Kvemo Kartlidə qeydə alınıb”, – deyə Endeladze bildirib.

Onun sözlərinə görə, hal-hazırda ölkə miqyasında 19 pasyentin vəziyyəti ağırdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey