İrakli Kobaxidze: “Avropa bürokratiyasında yaranmış vəziyyət faciəvidir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissarı Marta Kosisin son açıqlamasına münasibət bildirərkən Avropa bürokratiyasını tənqid edib. Baş nazir bu fikirləri Şanxayda jurnalistlərə açıqlamasında səsləndirib.

Kobaxidzenin sözlərinə görə, Avropa bürokratiyasında mövcud vəziyyət “faciəvi” xarakter daşıyır və Komissar Kosisin bəyanatları da bunu bir daha təsdiqləyir.

“Avropa bürokratiyasında yaranmış vəziyyət faciəvidir və xanım Kosisin bəyanatları da bunu göstərir. Gürcüstan namizəd ölkələr arasında bütün istiqamətlər üzrə — demokratiya, insan hüquqları, iqtisadi inkişaf və korrupsiyanın azlığı baxımından — aparıcı və seçilən dövlətdir. Bu, bu günün reallığıdır”, – deyə Baş nazir bildirib.

O, həmçinin Avropa Komissiyasının bəzi addımlarını tənqid edərək bildirib ki, qurumun mətbuat katibi açıq şəkildə 4 oktyabr aksiyasını dəstəkləyib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan xalqı artıq öz iradəsini ifadə edib və bu qərara hörmətlə yanaşmaq lazımdır:

“Gürcü xalqı artıq öz iradəsini nümayiş etdirib. Hər kəs bu seçimi qəbul etməlidir. Mən hamıya məsləhət görürəm ki, bu iradəni diqqətlə dinləsinlər və Gürcü xalqının 2024-cü ilin oktyabrında, eləcə də 2025-ci ilin oktyabrında verdiyi qərarları qəbul etsinlər. Özlərini yalan və manipulyasiyalarla alçaltmasınlar — biz bu prosesin şahidiyik.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey