Prezident İlham Əliyev: “Azərbaycan dili qədim, zəngin və 50 milyondan çox insanın Ana dilidir”

Prezident İlham Əliyev: “Azərbaycan dili qədim, zəngin və 50 milyondan çox insanın Ana dilidir”

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qədim və zəngin bir dil olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan dili 50 milyondan çox insan üçün Ana dilidir və öz zənginliyi ilə xarici sözlərə ehtiyac duymur.

“Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib onu əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya da təxribat. Hər ikisi də qəbuledilməzdir,” – deyə Prezident İlham Əliyev qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey