Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfərə hadisə yerinə tibbi yardım göstərilib: “Dörd nəfər tibb müəssisələrinə aparılıb, 15 nəfərin isə taleyi məlum deyil”.