Tramp: Netanyahu Fələstin dövlətini tanımağa razı olacaq

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun sonda Fələstin dövlətini tanımağa razı olacağına əmin olduğunu bildirib.

Tramp bu fikri “CBS News” telekanalına verdiyi müsahibə zamanı səsləndirib.

İsrail Baş nazirini bu məsələdə razı sala bilib-bilməyəcəyi ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, Netanyahu ilə münasibətləri normaldır və onu “müharibə dövrünün baş naziri” və “çox istedadlı şəxs” kimi qiymətləndirir.

“Mən onunla çox yaxşı işləmişəm. Bəzən onu bir az bu və ya digər istiqamətə yönləndirməli olmuşam,” – deyə Donald Tramp qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey