ABŞ-ın İranın Lark adasına hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb

ABŞ-ın İranın Lark adasına hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb

ABŞ qüvvələrinin İranın cənubunda yerləşən Lark adasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb.

“Dalğatv” “APA”ya istinadən xəbər verir ki , hücum zamanı yaralanan şəxslərdən biri aldığı xəsarətlərdən bir neçə saat sonra həyatını itirib.

Bununla da, ABŞ-ın Lark adasına həyata keçirdiyi hücum nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb.

Məlumata əsasən, hücum zamanı daha bir neçə nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, ABŞ qüvvələri ötən gecə İranın Hörmüz boğazı yaxınlığında yerləşən Lark adasındakı hədəflərə zərbələr endirib. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey