Putin yeni hərbi göstəriş verdi…
Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib.
O, müvafiq göstərişi ölkənin müdafiə naziri Sergey Şoyqu və Baş Qərahagah rəisi Valeri Qerasimovla görüşü zamanı verib.
Müdafiə Nazirliyindən əmrin icra edildiyi və çəkindirmə qüvvələrinin artıq xüsusi döyüş növbətçiliyi rejiminə keçirildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, çəkindirmə qüvvələr Rusiyaya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, o cümlədən müharibədə nüvə silahından istifadə etməklə təcavüzkarı məhv etmək məqsədi daşıyır.