Gürcüstanda virusun ikinci dalğası ola bilərmi? – Mərkəz rəhbərindən cavab

“Bu gün dünya bir çox cəhətdən güclüdür – iqtisadi, texniki, elmi və s. lakin koronavirus infeksiyası dünyanı çox silkələdi”.
Bu sözləri Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri, Amiran Qamkrelidze deyib.

Mərkəz rəhbəri qeyd edib ki, heç birimiz bilmirik ki, koronavirus payızda hansı şərtlərlə gələcək:

“Hər kəs düşünürdü ki, digər tənəffüs virusları kimi koronavirusda yay aylarında nəzərəçarpacaq dərəcədə zəifləyəcək və azalacaq. Bu belə olmadı və əksinə dünyada virusa yoluxanların sayına baxsanız görərsiniz ki, hər gün yeni halların sayının 100 – 130 minə qədər artdığını görərik. Dinamikanın dünyada azaldığı çoxda elə görünmür.

Yəni müəyyən bir tendensiya var ki, payızda bu virusun ikinci dağlası olsun, lakin bu elədə güclü olmuya bilər. Dünyada bu vəziyyət hələ bitməyib və Gürcüstan tək başına bu pandemiyaya qalib gələ bilməz. Biz gərək qarşıdakı 4 aya ciddi hazırlaşaq ki, sentyabrda hər hansı təhlükə olarsa bunun qarşısında aciz qalmayaq.

Biz insanlara koronavirusla birgə yaşamağa örgəşməliyik deyəndə bizi çox tənqid edirlər, lakin inanıram ki, bu gün olduğu kimi bundan sonrada edilən tövsiyyələri vətəndaşlarımız əməl edəcək və tezliklə bu virusdan uzaq olacağıq”, – deyə A. Qamkrelidze deyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey