Baş nazir Rusiyanı ciddi tənqid etdi…
“Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində bütün insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyır”.
Bu sözləri bu gün Baş nazir Giorgi Qaxaria, hökumətin fəaliyyət hesabatını parlamentə təqdim edərkən deyib.
Nazir hökumətin hesabatını parlamentə təqdim edərkən, Rusiyanın işğal faktının ölkə üçün böyük bir milli təhlükəsizlik problemi olaraq qaldığını deyib:
“İlk növbədə vətəndaşlara təqdim ediləcək bu günki hesabatımız dörd xüsusi istiqamətdəki nəticələr barədə danışmaq məqsədi daşıyır.
Əlbətdə ki, bu gün təhlükəsizlik və insan hüquqları inkişaf etmiş, uğurlu bir dövlətin qurulması üçün əsasdır və ölkənin müxtəlif sahələrinin inkişafı haqqında danışmağımız üçün zəmin yaratmalıdır.
Ancaq burada təbii ki, təhlükəsizlikdən başlamalıyıq, çünki bu gün Gürcüstan üçün əsas problem işğaldır. Rus işğalı ölkəmizdə milli təhlükəsizlik üçün əsas problem olaraq qalır.
Ölkəmizin işğal olunmuş 20 faizi haqqında danışarkən hamımız başa düşməliyik ki, bu, ölkənin gələcək inkişafı üçün əsl məhdudlaşdırıcı amildir.
Bu, yalnız və yalnız 20 faiz torpaqlarımızı və ərazilərimizi məhdudlaşdırmır, bütün sahələri, ilk növbədə insan resursları baxımından 20 faizlə məhdudlaşırıq. İqtisadiyyat daha da məhdudlaşır “, – deyə Qaxaria bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Rusiya Federasiyası işğal olunmuş ərazilərdə bütün insan hüquqlarının pozulmasına görə daha çox məsuliyyət daşıyır:
“Sərhədləşmə, adam qaçırma, insan həyatının məhdudlaşdırılması, sağlamlıq hüququnun məhdudlaşdırılması, hərəkət azadlığının məhdudlaşdırılması ilə başlayan bütün bu istiqamətlər son dərəcə vacibdir və hamımız başa düşürük ki, effektiv nəzarətə malik ölkə, əlbəttə ki, bütün bu addımlar üçün məsuliyyət daşıyır. Bundan əlavə, hamımız anlamalıyıq ki, Abxaziya kimi Sxinvali bölgəsində yaşayanlar da bizim vətəndaşlarımızdır və bütün dövlət xidmətləri bütün vətəndaşlarımız üçün əlçatan olması üçün hər şeyi etməliyik”. – deyə baş nazir Qaxaria bildirib.