İanəyə etiraz: Abunəçilər “Netflix”i kütləvi surətdə tərk edirlər
Abunəçilər kütləvi halda “Netflix”i tərk edirlər.
Dalgatv bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, “Netflix”in sədri və direktoru Rid Hastinqsin Kamala Harrisə prezidentlik kampaniyasına görə ianə verməsindən sonra şirkətin istifadəçiləri abunəlikdən imtina etməyə başlayıblar.
Donald Trampın tərəfdarları yayım xidmətinə qarşı hərəkətə çağırdıqdan sonra ləğvetmələrin sayı, demək olar ki, üçqat çoxalıb.