Şad Xəbər – Gürcüstanda koronavirusun daxili yayılması dayanıb
“Gürcüstanda son sutka ərzində qeydə alınan 3 koronavirusa yeni yoluxma halı, xaricdən daxil olub”.
Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan daxilində infeksiyanın yayılmamasının göstəricisidir:
“Bu gün istifadə etdiyimiz tədbirlər epidemioloji vəziyyətə effektiv nəzarətə imkan verir, – deyə nazir müavini deyib.