Marneuli rayon Qaçağan kənd sakinləri yenidən ayağa qalxdılar – ETİRAZ
Bu gün səhər saatlarında Marneuli rayon Qaçağan kənd sakinləri, kənd ərazisində otlaq sahəsinin satılmasına etiraz əlaməti olaraq yenidən aksiya keçiriblər.
24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, Qaçağan kəndinin otlaq ərazisi müəyyən şəxslərə mal-qoyun otarılması üçün satılıb.
Sakinlər sözügedən əraziyə toplaşaraq gətirilən heyvanların ərazidə otarılacağına imkan vermiyəcəklərini bildiriblər.
Daha sonra əraziyə polis əməkdaşları və yerli bələdiyyə nümayəndəsi Hüseyn Hüseynov gəlib yaranan problemin həlli barədə əhali ilə danışıqlar aparılıb. Kənd sakinləri tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyanın davam etiriləcəyini bildiriblər.