Gürcüstan turistlərə sərhədləri açan ilk ölkə ola bilər – Nazir açıqladı

“Biz, Dünya Turizm Təşkilatı ilə aktiv şəkildə işləyirik ki, sərt təlimatların qorunması şərti ilə Gürcüstan turistlərə qapısını açan ilk ölkə olsun. Əlbəttə ki, bu sadəcə sərt nəzarət şərtlərində mümkün ola bilər”.

Bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natia Turnava Gürcüstandakı turizm nümayəndəlikləri ilə online görüşündə bildirib.

Nazirin sözlərinə görə, panidemiya səbəbi ilə turizm sektoru xüsusi zərər görüb.

Turnava əlavə edib ki, turizm sektoru mövcud problemləri aşanadək, dövlət bu sektora yardımını əsirgəməyəcək.

“Biz bu gün turizmə dəstək proqramı barəsində işləyirik. Hansı ki, indi həyata keçiriləcək anti-böhran ölçülərini, həmçinin, gələcəkdə stimul vasitələrini nəzərdə tutur”, – deyə Turnava bildirib.

Nazir onuda qeyd edib ki, mövcud virusu məğlub edərək, sərhədlərin açılması barəsində optimal işlər aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey