İsrail Livanın cənubuna aviazərbələr endirib

İsrail ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə bölgəsinə aviazərbələr endirib.

“Dalğatv”xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Məlumata əsasən, İsrail hərbi təyyarələri Nəbatiyyə bölgəsində yerləşən bir sıra əraziləri hədəfə alıb. Hücumların hansı obyektlərə qarşı həyata keçirildiyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Zərbələrdən sonra bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması, eləcə də mümkün dağıntıların miqyası barədə məlumat verilməyib.

İsrail tərəfinin hücumun məqsədi və hədəfləri ilə bağlı açıqlaması barədə də hələlik məlumat yoxdur.

Hadisənin təfərrüatlarının dəqiqləşdirildiyi bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey