Üç tərəfli görüşdən sonra Ukrayna XİN rəhbəri açıqlama verdi: “Müharibə davam edəcək”

Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.

Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında gedən müzakirələr bir saat davam edib.

Görüşdən sonra Ukrayna XİN başçısı Dmitro Kuleba açıqlama verib. O qeyd edib ki, görüşdə 24 saatlıq atəşkəs və müharibənin əsas getdiyi şəhərlərdə xüsusən də, Maripolda dəhliz yaradılması istənilib, lakin Rusiya XİN başçısı Sergey Lavrov bu təklifləri qəbul etməyib.

““Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər. Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, – deyə Kuleba bildirib.

Onun sözlərinə görə hazırki mərhələdə Rus işğalçılarının Ukrayna ərazisindən çıxarılması üçün müharibə davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey