Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli yolunu açıqlayıb

“Rəsmi Moskva və Kiyev münaqişəni yalnız iki ölkə prezidentləri arasında birbaşa dialoq yolu ilə həll edə bilər”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində bildirib.

O bildirib ki, müəyyən addımlar atmağa hazırdır:
“Məsələ mənim nəyə gedə biləcəyimdə deyil. Hər danışıqda məqsədim Rusiya ilə müharibəni bitirməkdir. Mən də müəyyən addımlar atmağa hazıram. Güzəştə getmək olar, amma bunlar mənim ölkəmə xəyanət olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də onlara kompromislər deyilir.

Biz vəziyyətdən yalnız belə çıxa bilərik. Hələlik detallar barədə danışa bilmərik.

Hələ prezidentlə (Rusiya Prezidenti Vladimir Putin-red) aramızda birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezident arasında birbaşa danışıqlardan sonra bu müharibəyə son qoya bilərik”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Zelenskinin Ofisi münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazır olduğunu açıqlayıb. Ofis rəhbərinin müavini İqor Jovkv qeyd edib ki, Kiyev təhlükəsizlik zəmanəti ilə təmin olunacağı təqdirdə, ölkənin neytral statusunu müzakirə etməyə hazırdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey