Baş nazir müxalifətə müraciət etdi…
“Bir daha bütün tərəfləri ən qısa zamanda konstruktiv dialoq çərçivəsində həll tapmağa çağırmaq istəyirəm”.
Bu sözləri baş nazir İrakli Qaribaşvili hökumətin bu gün keçirilən iclası zamanı deyib.
Onun sözlərinə görə, ölkədəki digər problemlərə cəmləşmək lazımdır:
“Ölkəni normal siyasi həyata qaytarmaq və ölkədəki pandemiya, iqtisadi problemlər, işsizlik və işğal kimi böyük problemlər üzərində cəmləşməyə davam etmək çox mühümdür. Bir daha bütün tərəfləri konstruktiv dialoq çərçivəsində həll tapmağa çağırıram.
Ümid edirəm ki, müxalifətin konstruktiv hissəsi bu günlərdə həssas və dövlət üçün xeyirli qərarlar verəcəklər. Konstruktiv dialoqu davam etdirməyə və ən qısa müddətdə razılığa gəlməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, – deyə Qaribaşvili bildirib.