Gürcüstan Baş nazirinin Azərbaycan və Ermənistana sülh danışıqları üçün Tbilisini platforma kimi təklif etməsi ilə bağlı təşəbbüsü zamanında olub”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

O, tərəflərdən adekvat reaksiyanın olacağına ümid etdiyini bildirib.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan baş verən prosesləri böyük narahatlıqla izləyir: “Gərginlik bizim regionda baş verir. Tarixən bizim azərbaycanlı və erməni həmvətənlərimizlə dinc şəraitdə birgə mövcudluqla bağlı zəngin təcrübəmiz var. Bunu gələcəkdə də mütləq qoruyub saxlamaq lazımdır”.

XİN başçısı qeyd edib ki, eskalasiya yalnız Cənubi Qafqaz üçün deyil, Qara dəniz bölgəsi üçün də təhlükə yaradır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey