Parlament sədri Almaniya səfirinə etirazını bildirib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yaydığı açıqlamada Tbilisidə baş verən hadisələrlə bağlı Almaniya səfirinə sərt mövqe nümayiş etdirib.
Onun sözlərinə görə, Almaniya səfirinin dəstəklədiyi şəxslər artıq üçüncü dəfə iqtidar partiyası “Gürcü Arzusu”nun qərargahına hücum ediblər:
“Seçki kampaniyası dövründə xarici ölkə səfirinin zorakı qrupları dəstəkləməsi və baş verənləri pisləməməsi, Vyana Konvensiyasının pozulması ilə yanaşı, seçkilərə açıq müdaxilə nümunəsidir”, – deyə Papuaşvili qeyd edib.
Xatırladaq ki, sentyabrın 8-i axşam saatlarında Tbilisinin Melikişvili prospektində yerləşən, iqtidarın merliyə namizədi Kaxa Kaladzenin seçki qərargahı önündə müxalif qüvvələrlə “Gürcü Arzusu”nun gənclər qanadı arasında fiziki qarşıdurma yaşanıb.