Baqai: İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır
İran Birləşmiş Ştatlarla nüvə proqramı üzrə danışıqlarda müəyyən güzəştlərə hazır olduğunu bəyan edib. Bununla belə, uranın zənginləşdirilməsi və dinc nüvə enerjisindən istifadə məsələləri Tehran üçün danışıqlar mövzusu deyil.
“Dalğatv”nin xəbərinə görə, bu barədə CNN telekanalına müsahibəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai məlumat verib.
“Əgər məqsəd İranın nüvə proqramı çərçivəsində silah istehsal etməyəcəyinə dair zəmanət almaqdırsa, bunu təmin etmək çətin deyil. Lakin əgər ABŞ İranı dinc nüvə enerjisindən məhrum etməyə çalışırsa, bu, bütün danışıqlar prosesini şübhə altına alar”, – Baqai bildirib.
Diplomat əlavə edib ki, İran heç bir təzyiq qarşısında geri çəkilməyəcək və milli təhlükəsizliyini qətiyyətlə qoruyacaq.