Tbilisidə “Gürcüstan səni yenidən qoruyacaq” adlı genişmiqyaslı aksiya keçirilib
Tbilisidə “Gürcüstan səni yenidən qoruyacaq” adlı genişmiqyaslı aksiya keçirilib
Tbilisidə “26 May Milli Komitəsi”nin təşəbbüsü ilə “Gürcüstan səni yenidən qoruyacaq” şüarı altında genişmiqyaslı ictimai aksiya təşkil olunub.
“Dalğatv” xəbər verir ki, paytaxtın Rustaveli prospektində baş tutan tədbirdə Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili çıxış edib.
Salome Zurabişvili çıxışı zamanı bildirib ki, əgər növbəti parlament seçkiləri hakim “Gürcü Arzusu” partiyasının nəzarəti və manipulyasiyası altında keçiriləcəksə, bu halda seçkilərdə iştirak etmək məqsədəuyğun olmayacaq. O qeyd edib ki, ilkin olaraq parlament seçkiləri, daha sonra isə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməlidir. Həmçinin hər iki seçkinin eyni vaxtda keçirilməsi də mümkündür.
Zurabişvili əlavə edib ki, bu istiqamətdə ciddi hazırlıqlar aparılmalı, ədalətli seçkilər üçün lazımi şərait yaradılmalıdır. Onun sözlərinə görə, “Müqavimət Platforması” çərçivəsində seçkilərin keçirilməsinə dair yeni qaydalar hazırlanır və bu sənəd müxalifət qüvvələrinin əsas tələblərini əhatə edəcək.
Aksiyada Avropa Parlamentinin üzvü Rasa Yukneviçienə də iştirak edib.