Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Kremldə görüş keçirib.

APA-nın məlumatına görə, Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 25-dən 27-dək Rusiyada səfərdədir.

Səfər çərçivəsində mayın 27-də Hakan Fidan və Sergey Lavrov arasında danışıqların keçirilməsi planlaşdırılır. Görüşdə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında daha əvvəl İstanbulda keçirilmiş danışıqlardan sonra yaranmış vəziyyətin inkişafı müzakirə olunacaq.

Tərəflərin, həmçinin, Rusiya-Ukrayna danışıqlarının gələcək perspektivləri və mümkün tarixləri barədə də fikir mübadiləsi aparacağı gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey