Liverpul”un çempionluq paradı zamanı sürücü avtomobili azarkeşlərin üstünə sürüb

2024–2025-ci il mövsümündə İngiltərə Premyer Liqasının çempionu olan “Liverpul” klubunun qələbəsini qeyd edən azarkeşlər üçün təşkil olunan bayram paradı zamanı xoşagəlməz hadisə yaşanıb.

“Dalğatv” “Sky News”a istinadla xəbər verir ki, şəhərin mərkəzində yerləşən “Water Street” küçəsində naməlum sürücü avtomobili izdihamın üstünə sürüb. Hadisəyə dərhal reaksiya verən polis və təcili tibbi yardım briqadaları əraziyə cəlb olunub. Sürücü dərhal saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanları insidentin səbəblərini və təfərrüatlarını araşdırır. Rəsmi mənbələrin verdiyi məlumata görə, insidentə müdaxilə olunub və vəziyyət digər fövqəladə xidmətlərin iştirakı ilə qiymətləndirilir. Xəsarət alanların olub-olmaması barədə isə hələlik məlumat verilməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey