İvanişvili xalqa müraciət edib: “Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir”
Gürcüstan 33 il əvvəl dövlət müstəqilliyini bərpa edib, Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir”.
Bu sözləri Tbilisidə Rustaveli prospektində keçirilən ictimai yığıncaqda çıxışı zamanı “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili deyib.
O bildirib ki, Gürcüstan sülh şəraitində 2030-cu ildə Avropa İttifaqına üzv olacaq:
“33 il əvvəl milli hərəkatın liderlərindən biri Merab Kostava bizə xəbərdarlıq etmişdi: “Unutmayın, siz Gürcüstanın azad olacağı vaxtda olacaqsınız!” Ancaq bilin ki, o zaman da müstəqil ölkədə azadlıq mübarizəsini dayandırsanız, siz və ölkə bu azadlığı itirəcəksiniz”.
Onun sözlərinə görə, Merab Kostavanın bu nəsihəti hər addımda yaxşı xatırlanmalıdır:
Merab Kostavanın bu nəsihəti hər addımda yaxşı xatırlanmalıdır. Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir!
Mən sizə söz verirəm ki, biz bütün maneələri dəf edəcəyik, suverenliyimizi möhkəmləndirəcəyik, sülhü qoruyacağıq, Gürcüstan iqtisadiyyatını gücləndirəcəyik və 2030-cu ildə Avropa İttifaqına üzv olacağıq. Biz bənzərsiz tarixə, adət-ənənələrə və özünəməxsusluğu olan nadir xalqıq. Məhz bu unikal milli ənənələr və identiklik ilə biz ümumi Avropa ailəsinə qoşulmalıyıq, çünki yalnız belə olan halda Gürcüstan Avropa İttifaqı üçün real dəyərə malik ola bilər”, – deyə Bidzina İvanişvili bildirib.
O həmçinin, Avropa Parlamentini qəbul etdiyi qətnaməyə də münasibət bildirib və bunun Avropa dəyərlərinə zidd olduğunu qeyd edib.