Ölkədə Britaniya ştammının aşkar olunduğu şəxslərdən biri Ukraynada yoluxub
Bu günə qədər Azərbaycanda COVID-19-un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977-ci, 1961-ci, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.
Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.