Ukrayna ordusu Kurskda enerji obyektini tamamilə məhv etdi


Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki “Sudja” qazölçmə stansiyasına raket zərbəsi endirib.

Dalgatv.ge Lenta.ru-ya istinadən xəbər verir ki, barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Martın 28-də saat 10:20-də Kiyev rejimi, ilkin məlumata görə, HIMARS yaylım atəşli reaktiv sistemindən istifadə etməklə “Sudja” qazölçən stansiyasına zərbə endirib. Nəticədə böyük yanğın baş verib və enerji obyekti faktiki olaraq məhv olub”, – deyə məlumatda bildirilib.

Nazirlik həmçinin stansiyada yanğının görüntülərini  dərc edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey