Myanmada baş verən zəlzələ nəticəsində 144 nəfər ölüb


Myanmanın paytaxtı Naypyidada baş verən güclü zəlzələ nəticəsində 144 nəfər həlak olub. Rəsmi mənbələrə görə, təbii fəlakət 732 nəfərin xəsarət almasına səbəb olub, həmçinin itkin düşənlər var.

Yeraltı təkanlar paytaxtda və Mandalay bölgəsində bir çox yaşayış binasını, məktəbi və inzibati binaları dağıdıb. Dağıntılar altında insanların, o cümlədən məktəblilərin qaldığı ehtimal edilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Zəlzələ qonşu Tailandda da fəsadlar törədib. Paytaxt Banqkokda bir neçə mərtəbəli binanın uçması nəticəsində 5 nəfər həyatını itirib, 9 nəfər yaralanıb, 117 nəfər isə itkin düşüb.

Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 12:10-da Myanmada 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey