Polşadan Gürcüstan vətəndaşları da daxil olmaqla 180 xarici ölkə vətəndaşı deportasiya edilib
Son bir həftə ərzində Polşa Respublikasının ərazisindən ümumilikdə 180 xarici ölkə vətəndaşı çıxarılıb. Deportasiya olunan şəxslər arasında Gürcüstan vətəndaşları da yer alıb.Bu barədə Polşa mətbuatı ölkənin Sərhəd Mühafizəsi Xidmətinə istinadən xəbər yayıb. Bildirilib ki, Polşanı könüllü şəkildə tərk edən xarici vətəndaşlar arasında 27 Belarus, 21 Moldova və 19 Gürcüstan vətəndaşı olub.
Eyni zamanda, 15–21 dekabr tarixləri ərzində Polşa ərazisindən məcburi qaydada 24 Ukrayna, 16 Gürcüstan və 5 Kolumbiya vətəndaşı deportasiya edilib.
Polşanın Sərhəd Mühafizəsi Xidmətinin açıqlamasında qeyd olunub ki, deportasiya edilən şəxslər əsasən oğurluq, narkotik və ya psixotrop maddələrin saxlanılması, fiziki zorakılıq, müvafiq sənədlər olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, eləcə də digər şəxslərin Polşa sərhədini qanunsuz şəkildə keçməsinə köməklik göstərmək kimi hüquq pozuntularına yol veriblər.
