Prezident gözlənilən brifinqi etdi və hökuməti təcili tədbirlər görməyə səslədi

Ölkə prezidenti Salome Zurabişvili az öncə Orbeliani sarayında fövqalədə brifinq keçirib.

Prezident ölkədə gedən siyasi prosesləri və pandemiya ilə bağlı məsələlərə diqqət çəkib.

O, Sakaşvilini heç vaxt əfv etməyəcəyini bildirib:

“Keçmiş prezidentin əfv edilməsi ilə bağlı mövqeyim qəti və dəyişməzdir – heç vaxt əfv etməyəcəm. Keçmiş prezident nə siyasi məhbus, nə də günahsızlıq qurbanı meyarlarına cavab vermir. O, ölkəyə könüllü və qeyri-qanuni yollarla daxil olmuş, ölkəyə gəlişi sabitliyi pozmaq məqsədi daşıyan məhkumdur.
Bununla yanaşı, Mixeil Saakaşvili xüsusi məhbus hesab edilməlidir ki, bu da cəzaçəkmə müəssisəsindən və hökumətdən xüsusi diqqət tələb edir. Onun səhhətinin ağırlaşmasından siyasi məqsədlər üçün, sabitliyi pozmaq üçün istifadə oluna bilər”.

Prezident çıxışında ölkədə gedən siyasi proseslərə diqqət çəkərək deyib: “Seçkilər başa çatıb, amma nə ölkə, nə də cəmiyyət qalib deyilsə, heç kim özünü əsl qalib hesab etməsin. İnkişaf yoluna qayıtmaq üçün ölkədə sakitlik və sabitlik, siyasi qarşıdurmadan isə cəmiyyətə sülh lazımdır. Sabitliyin pozulması yalnız xarici qüvvələrə kömək edir”.

Salome Zurabişvili pandemiya ilə bağlı isə hökumətə kəskin çağırış edib: “Mən səlahiyyətlilərə müraciət edirəm ki, təcili və sərt tədbirlər görsünlər – risk qrupları üçün məcburi peyvənd, ictimai yerlərdə Covid pasportların tətbiqi həyata keçirilsin”, – deyə S Zurabişvili fövqalədə brifinq zamanı qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey