“Vahid Milli Hərəkat” partiyası intensiv aksiya elan edib
Bu gün “Vahid Milli Hərəkat” partiyasının təşkilatçılığı ilə iki aksiya keçiriləcək.
Bu barədə partiya rəhbəri Nika Melia şəxsi media hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu gün saat 17:00-da Batumidə, saat 18:00-da isə Rustavi həbsxanası qarşısında etiraz aksiyası keçiriləcək:
“Dostlar, Gürcüstan etirazlara başlayır!
Saat 17:00-da Batumidə etiraz aksiyası başlayacaq (Acariya Hökumət Evinin yaxınlığında). Həmçinin saat 18:00-da Rustavi həbsxanası qarşısına toplanacağıq. Aksiya daimi olacaq və məqsədə çatana qədər bitməyəcək. İndi başlayan mübarizə qələbə ilə bitəcək!”, – deyə N. Melia qeyd edib.