İsrail “HƏMAS”a yeni barışıq planı təqdim edib
İsrail, Misirin vasitəçiliyi ilə HƏMAS-a Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.
Məlumata görə, planın ilk mərhələsində Fələstin hərəkatı 11 girovu azad etməli və 16 nəfərin cəsədini İsrailə təhvil verməlidir. Bunun ardınca tərəflər arasında 40 günlük atəşkəs əldə olunması nəzərdə tutulur. Növbəti mərhələdə isə HƏMAS bütün qalan girovları azad etməlidir. ABŞ İsrailin bu təklifini dəstəklədiyini bildirib.