Tbilisidə gürcü dili tələbi zəmnində nələr baş verib?

Tbilisidə dönərxanada silahlı insident

Tbilisinin Marjanishvili ərazisində dönərxananın müştərisi ilə satıcı arasında etnik zəmində mübahisə silahlı insidentə çevrilib.

Hadisə zamanı müştəri satıcıya gürcü dilində danışmağı tələb edib, sonra isə odlu silah çıxarıb. Satıcının sözlərinə görə, o, sifarişi eşitməyib, çünki sifarişi başqa işçi qəbul edib.

Obyektin sahibi bildirib ki, bu, ilk belə hal deyil və müştərilər tez-tez satıcılardan haradan olduqlarını soruşur, xüsusən də Marneuli və Bolnisidən olub-olmaması ilə maraqlanırlar. Onun sözlərinə görə, satıcıların müsəlman olması da bəzən mübahisələrə səbəb olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey