Pakistan Hindistana cavab olaraq “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb

Pakistan Silahlı Qüvvələri Hindistanın həyata keçirdiyi açıq hərbi təcavüzə cavab olaraq “Bunyan-un-Marsoos” adlı hərbi əməliyyata başlayıb.

“Dalğatv”nin ölkənin təhlükəsizlik mənbələrinə istinadla verdiyi məlumata görə, əməliyyat çərçivəsində Pakistan Hindistanın “BrahMos” raketlərinin saxlandığı anbarı və Dehrangyari bölgəsində yerləşən artilleriya mövqelərini hədəfə alaraq sıradan çıxarıb. Bundan əlavə, Hindistanın Udhampur aviabazası və Pathankot aerodromu bombardman edilib.

Mənbələrin məlumatına əsasən, kiberhücum nəticəsində Hindistanın enerji təchizatı sisteminin 70 faizi fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, Hindistan ordusu daha əvvəl gecə saatlarında Pakistan ərazisində yerləşən üç mövqeyə raket zərbələri endirib. Hücuma məruz qalan ərazilərdən biri də Pakistan Ordusunun Baş Qərargahının yerləşdiyi Ravalpindi şəhəridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey