Ankarada bir saatda 3 dəfə zəlzələ olub

Türkiyənin paytaxtı Ankarada ard-arda 3 zəlzələ olub.

“Dalğa tv ” “Report”a istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlar saat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.

Ankara valisi bildirib ki, zəlzələ nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb.

Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey