Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev mayın 10-da Ağdamda yeni Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına Bərdə-Ağdam-Xankəndi dəmir yolu layihəsi və kompleks barədə məlumat veriblər.
2022-ci ildə təməli qoyulan bu nəqliyyat mərkəzi gündəlik minlərlə sərnişinə xidmət etməklə, Ağdamın müasir şəhər kimi inkişafına dəstək verir. Kompleksdə vağzal, avtovağzal, servis sahələri, istirahət zonaları, ticarət obyektləri, elektrik doldurma məntəqələri və digər müasir infrastruktur qurulub.
Bərdə-Ağdam dəmir yolu ilə ilk simvolik sərnişin qatarı da buradan yola salınıb. Yeni kompleks regionda nəqliyyat əlaqələrinin genişlənməsinə, iqtisadi canlanmaya və keçmiş məcburi köçkünlərin geri dönüş prosesinə töhfə verəcək.