Mərkəz rəhbəri: “Gürcüstan qızılca epidemiyası təhlükəsi ilə üz-üzədir”

“Gürcüstan qızılca epidemiyası ilə üz-üzədir və bu xəstəliyə yoluxanların sayı artmaqda davam edir” .

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, bu ilin əvvəlindən qızılcaya 580 nəfər yoluxub:” Yoluxanların böyük əksəriyyəti Tbilisi şəhəri, Sameqrelo, İmereti və Kaxeti bölgələrinin payına düşür” .

P.İmnadze qeyd edib ki, qızılcaya qarşı peyvənd kampaniyasına başlanılıb və son üç gündə 12 min vətəndaşa vaksin vurulub.
Qeyd edək ki, Gürcüstanda qızılcaya yüksək yoluxma göstəricisi 20-40 yaş arası sakinlər arasında qeydə alınıb. Ölkədə 0-19 yaş arası insanlar üçün bu xəstəliyə qarşı peyvənd məcburi olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey